Bakı. Trend:
Mayın 7-si saat 22:00 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğlu Binəqədi rayonunun Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 125 ünvanında sağ qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş deşilmiş xəsarətləri alıb.
Trend-in əldə etdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Cinayət Məcəlləsin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.