...

Tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb

Hadisə Materials 28 May 2025 13:44 (UTC +04:00)
Tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Biləsuvarda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Semur Məmmədquliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Semur Məmmədquliyevin 14 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Biləsuvar rayonunda Semur Məmmədquliyev aralarında baş verən mübahisə nəticəsində Şahin Şahverdiyevi döyərək qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti