Bakı. Trend:
Qazaxda avtomobil piyadanı vurub.
Trend-in məlumatına görə, hadisə iyulun 19-u saat 23:40 radələrində baş verib.
Belə ki, 21.05.1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücükük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 08.05.1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.
Piyada iyulun 20-si saat 00:30-da xəstəxanada ölüb.
Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanılıb.