Bakı.Trend:
Bakıda marşrut avtobusu qəza törədib. Hadisə Xətai rayonu 8 Noyabr prospektində baş verib.
46 saylı marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus “İsuzu” markalı marşrut avtobusu idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 12 nömrəli marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus avtobus avqustun 4-də 8 Noyabr prospektində qəza törədib:
“Daşıyıcının məlumatına görə, hadisə nəqliyyat vasitəsi qaraja yollanarkən baş verib və avtobusda sərnişin olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır”.