Bakı.Trend:
Qazaxda içərisində 25 ton ot bağlaması olan tövlədə yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, rayonun Daş Salahlı kəndində ferma ərazisində ümumi sahəsi 150 m² tövlənin yanar konstruksiyaları 30 m² sahədə və içərisində yığılan 25 ton ot bağlaması yanıb.
Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.