...

Bərdədə avtomobil dirəyə çırpıldı - İnternetin verilişində problem yarandı (FOTO)

Hadisə Materials 5 Dekabr 2025 20:05 (UTC +04:00)
Bərdədə avtomobil dirəyə çırpıldı - İnternetin verilişində problem yarandı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə minik avtomobili dərəyə aşıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Soğanverdilər kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ"2107 markalı 02 BK 395 dövlət nömrəli avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. Avtomobilin rabitə xəttinin dirəyinə çırpılması nəticəsində internet şəbəkəsinin verlişində problem yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti