...

SENTYABRIN 8-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 9 Sentyabr 2005 17:35 (UTC +04:00)

Sentyabrın 8-də daxili işlər orqanrları tərəfindən 31 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 30-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 5 nəfər ölüb, 7 nəfər yaralanıb. 7 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 48 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti