Sentyabrın 27-də səhər saat 7.45 radələrində Nəsimi rayonu, Cavadxan küçəsindəki 9 mərtəbəli yaşayış binalarından birində partlayış baş verib. Nəsimi rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər və Trend ə bildiriblər ki, partlayış həmin rayonun icra hakimiyyətinin başçısı Tahir Quliyevin yaşadığı binada baş verirb.
Hadisəyə binanın 1-ci blok, 2-ci mərtəbəsindəki mənzillərdən birində qazsızma səbəb olub. Partlayış nəticəsində mənzilə və əşyalara zərər dəysə də, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.