...

Kiyev-Bakı reysini yerinə yetirən Boeing-737 qəza vəziyyətində yerə enib

Hadisə Materials 9 Yanvar 2006 11:55 (UTC +04:00)

İçərisində 111 nəfərin olduğu Boeing-737 təyyarəsi qəza vəziyyətində Kiyevin "Borispol" hava limanında yerə enib. Bu barədə bazar günü Ukrayna FHN xəbər verib. Trend in məlumatına görə, həlak olan və zərəçəkən yoxdur.

İlkin versiyaya görə, yerə enməyə səbəb 105 nəfərin olduğu sərnişin kabinəsinin qeyri-germetikliyi olub. Uknaynanın "Aerosvit" aviaşirkətinə məxsus olan bu təyyarə Kiyev-Bakı reysini yerinə yetirirdi. Newsru.com. saytının məlumatına görə, hadisə yerində FHN-nin operativ qrupu işləyib.

Xəbər lenti

Xəbər lenti