...

Polad Bülbüloğlu: " Bazarın damının çökməsi nəticəsində həlak olanlardan ikisinin cənazəsi bu gün Moskvadan Bakıya gətiriləcək"

Hadisə Materials 25 Fevral 2006 13:45 (UTC +04:00)
Polad Bülbüloğlu: " Bazarın damının çökməsi nəticəsində həlak olanlardan ikisinin cənazəsi bu gün Moskvadan Bakıya gətiriləcək"

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun verdiyi məlumata görə, Basman bazarında həlak olanlardan ikisinin cənazəsi bu gün Moskvadan Bakıya gətiriləcək. Bk barədə Trend Rusiyanın "Birinci" telekanalına istinadən məlumat verir. "Sabah Bakıdan xüsusi reys həyata keçiriləcək. Bu reyslə qeydiyyata alınanlar gətiriləcək", - deyə səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və səhiyyə naziri Oqtay Şirəliyev Moskvadadır. Səhiyyə naziri yaralı həmvətənlərimizin oldğu xəstəxanalara baş çəkmək niyyətindədir. Yaralananların müalicəsi və həlak olanların cənazələrinin Azərbaycana gətirilməsi üçün bütün xərcləri ölkə hökuməti öz üzərinə götürüb.

Basman bazarında ölənlərin sayı artır, gecə dağıntıların altından daha 4 nəfərin cəsədi çıxarılıb. Həlak olanların ümumi sayı 64 nəfərdir.

Şəhər xəstəxanalarında hələ 22 nəfər var. Xilasedicilərin sözlərinə görə, dağıntıların arasında axtarışlar aparmaq üçün daha 4 gün lazımdır. Bundan sonra isə hadisə yerində partlayış-texniki və tikinti ekspertizaları aparılacaq.

Həlak olanların demək olar ki, hamısının cəsədləri tanınıb. Moskva hökuməti həlak olanların və yaralananların vətəndaşı olduğu ölkələrin səfirlikləri ilə əlaqə saxlayır. Həlak olanların əksəriyyəti əsasən Gəncədən olan azərbaycanlılardır.

Hadisənin baş vermə səbələrini araşdıran mütəxəssislər damı və bazarın bir hissəsini nəzərdən keçirib. Moskva prokurorluğunun əməkdaşları jurnalistlərə 50 m hündürlükdən çəkilmiş fotoşəkilləri nümayiş etdirib. Bu fotoşəkillərdə çökmüş damda dağıntı əlamətləri aydın görünür.

Moskva prokuroru Anatoli Zuyev bildirib ki, istintaq çərçivəsində partlayış-texniki və tikinti ekspertizasının aparılması nəzərdə tutulur. Basman bazarının direktoru Mark Mişiyev şübhəli şəxs kimi həbs olunub. O, ehtiyatsızlıq üzündən ölümə səbəb olmaqda təqsirləndirilir.

Mindən çox adam hadisə yerində axtarışlar aparır. Buna təxminən 4 gün lazımdır. Sabah Bauman küçəsində nəqliyyat və piyadaların hərəkəti bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti