...

Əli Bayramlıda 4 qadın qətlə yetirilib

Hadisə Materials 4 İyul 2006 17:51 (UTC +04:00)

Əli Bayramlı şəhər sakini, 1979-cu il təvəllüdlü Şakir Şahgəldiyev yaşadığı evdə ov tüfəngindən atəş açmaqla anası Mətanət və bacısı Xəyalə Şahgəldiyevaları, məşuqəsi Zəminə Əhmədovanı və sonuncunun anası Yasəmən Əhmədovanı qətlə yetirib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Əli Bayramlı Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qatil həbs edilib, ondan 1 ədəd ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Əli Bayramlı Şəhər Proakurorluğunda cinayət işi qaldırılıb, hadisənin səbəbləri aydınlaşdırılır.

Xəbər lenti

Xəbər lenti