...

Milli Bankın Lənkəran filialındakı böyük həcmdə pul oğurluğu ilə əlaqədar 50-dən artıq şəxs dindirilib

Hadisə Materials 16 Avqust 2006 16:58 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Bankının Lənkəran filialında baş vermiş böyük həcmdə pul oğurluğu ilə əlaqədar Lənkəran Şəhər Prokurorluğunda 50-dən artıq şəxs dindirilib. Bu barədə Trend ə həmin Prokurorluğun müstəntiqi Elnur Cəfərov məlumat verib.

Qeyd edək ki, faktla əlaqədar başlanmış cinayət işinin istintaqı Elnur Cəfərovun icraatındadır. Onun sözlərinə görə, hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.

Milli Bankın Lənkəran rayon filialından oğurlanmış pulun məbləği 100.000 yeni manatdır. Bu fakt Bankın iyunun 24-də filialda apardığı yoxlama zamanı ortaya çıxıb. Bundan sonra Milli Bankın məlumatları əsasında Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb. Faktla əlaqədar şübhəli şəxs qismində heç kim saxlanılmasa da artıq filialın keçmiş və hazırkı işçiləri ifadə vermək üçün istintaqa cəlb olunublar.

İstintaqçılar 100.000 manatın filialdan hansı yolla çıxarılması ilə bağlı bir necə versiya üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti