...

Antalyadakı partlayış zamanı zərər çəkənlər arasında azərbaycanlı yoxdur

Hadisə Materials 29 Avqust 2006 13:06 (UTC +04:00)

Türkiyənin Antalya vilayətində ötən gün baş vermiş partlayış zamanı zərər çəkənlər arasında azərbaycanlı yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib.

Qeyd edək ki, avqustun 28-də yerli vaxtla təxminən 16.45-də şəhərin mərkəzində içində partlayıcı qurğunun olduğu maşın partlayıb. Son 24 saat ərzində İstanbul və Mərmərədə də partlayışlar olub. Terror aktları nəticəsində üç nəfər həlak olub, təxminən əlli nəfər, o cümlədən əcnəbi turistlər yaralanıb. Əcnəbilər arasında on britaniyalı, dörd yəhudi, iki rus və bir iordaniyalı olub.

Xəbər lenti

Xəbər lenti