Salyan Rayon Polis İdarəsinə daxil olmuş əməliyyət məlumatları əsasında rayonun Yenikənd kənd sakini Şirinov Şahlar Oruc oğlu brakonyerlikdə şübhəli bilinərək saxlanılıb. Rayon Polis İdarəsinin rəis müavini Mirzağa Qafarovun "Trendə" verdiyi məlumata əsasən, axtarış zamanı Şirinovun mənzilindən bir ədəd qanunsuz ov silahı, həyətindən isə üç köhnə və üç təzə ceyran dərisi aşkar edilərək götürülüb.
Araşdırma zamanı məlum olub ki, Şahlar Şirinov yaxınlıqda yerləşən Şirvan Milli Parkındakı ceyranları ovlayıb satmaqla məşğul olurmuş. Faktla bağlı Salyan Rayon Polis İdarəsində cinayət işi qaldırılıb.