...

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 2 Aprel 2007 14:49 (UTC +04:00)
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakının Təbriz küçəsində bazar ertəsi saat 14.00 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə "Xalq jurnalisti" layihəsi çərçivəsində hadisə yerindən məlumat verilib.

Dörd avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Nərimanov rayon Yol Polisi İdarəsi məlumatı təsdiqləyib. İdarədən bildiriblər ki, xəsarət alanlar Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstələrdən birinin vəziyyəti ağırdır, üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Nərimanov rayon Polis İdarəsindən bildiriblər ki, faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti