...

Ələt-Astara yolunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 1 İyun 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Ələt-Astara yolunun 31-ci kilometrliyində cümə günü səhər saatlarında ölümlə nəticələnən ağır yol qəzası baş verib. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, Neftçaladan Bakıya gələn RAF markalı sərnişin mikroavtobusu əks istiqamətdə hərəkət edən KaMAZ markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusdakı üç sərnişin hadisə yerində keçinib. Xəsarət alan yeddi sərnişin isə Neftçala və Salyan rayon mərkəzi xəstəxanalarına çatdırılıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi araşdırma aparır.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti