...

Azərbaycanda qəzaya uğramış hərbi maşında 28 əsgər olub

Hadisə Materials 19 İyul 2007 14:40 (UTC +04:00)
Azərbaycanda qəzaya uğramış hərbi maşında 28 əsgər olub

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gəncədə qəzaya uğramış hərbi maşında 28 əsgər olub. Onlardan 26-sı yüngül xəsarət alıb. 2 nəfər isə kəllə-beyin travması diaqnozu ilə Gəncədəki hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə bildirilib ki, kəllə-beyin travması diaqnozu ilə yaralanan əsgərlərin vəziyyəti orta ağırdır. Yüngül xəsarət alan əsgərlərin bir hissəsi hospitaldan buraxılıb.

Hadisəyə səbəb kimi ilkin versiya sürücünün ehtiyatsızlığı güman olunur.

Bu gün saat 10 radələrində əsgərləri daşıyan hərbi maşın təlimə gedərkən Nizami məqbərəsi yaxınlığında aşıb.

Xəbər lenti

Xəbər lenti