...

Gəncədə polis zorakılığı baş verib

Hadisə Materials 21 Avqust 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə polis zorakılığı baş verib. Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Ərzuman Bədəlov çərşənbə axşamı bildirib ki, polis serjantı Məsimov Baris Şahvələt oğlu şəhərin Mərkəzi Bazarı yaxınlığında çörək satan qadınla dalaşaraq ona xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Bədəlov bildirib ki, polis serjantı ifadəsində qadının qohumlarının ona zor tətbiq etməsi nəticəsində özünü müdafiə etdiyiyni söyləyib.

Tibbi ekspretizanın rəyinə görə, satıcı qadında xəsarət əlamətləri olsa da, polisin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Daxili İşlər Nazirliyindən ekspertizanın cavabı gədikdən sonra polis serjantının vəzifə səlahiyyətlərini aşıb-aşmadığı barədə rəy veriləcək. Ondan sonra onun hansı cinayət əməli törətdiyi müəyyənləşdiriləcək.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti