...

Çiçəyə qarşı zərdabın daha bir xassəsi aşkar edilib

Maraqlı Materials 16 Noyabr 2011 15:41 (UTC +04:00)
Çiçək xəstəliyinə qarşı zərdab tarixdə ilk dəfə olaraq bəşəriyyəti bu xəstəlikdən xilas edə bilib.
Çiçəyə qarşı zərdabın daha bir xassəsi aşkar edilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Çiçək xəstəliyinə qarşı zərdab tarixdə ilk dəfə olaraq bəşəriyyəti bu xəstəlikdən xilas edə bilib. İndi isə o, xərçəngdən xilas olmağa ümid verir. Tədqiqatlar göstərir ki, çiçəkdən peyvənd qaraciyər xərçənginin inkişaf etdiyi adamların ömrünü iki dəfə uzatmağa qadirdir. Trend-in məlumatına görə, bu barədə "New Scientist" xəbər verir.

Bu vaksində canlı "Vaccinia" virusu var. Şişlərə məhz bu virus xüsusi şəkildə təsir edir. Belə ki, həmin virus xərçəng hüceyrələrini yoluxdurur. Çünki onlar interferon antivirus zülalını söndürür və "Vaccinia"ı cəlb edən siqnal molekullarını qoşurlar.

Amerikanın "Jennerex Biotherapeutics" şirkəti canlı virusun iki modifikasiyasını hazırlayıb. Versiyalardan biri normal deyil, xərçəng hüceyrələrini xüsusi enzimim qatılığının artmasına məcbur edir. İkinci versiya immun sisteminə hücumu özünə cəlb edən proteinin ifrazına gətirib çıxarır.

Hepatosellülyar karsinomanın inkişafının son mərhələsində olan 30 xəstə üzərində aparılan sınaq sübut edib ki, yüksək dozada vaksin insana orta hesabla 14 ay, aşağı dozada isə 7 ay yaşamağa imkan verir. Alimlər ehtimal edirlər ki, vaksin xərçəngin inkişafının ilkin mərhələsində də xəstəyə kömək edir. Şirkət onu kolorektal xərçəng üzərində də sınaqdan keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti