...

Yüksək təzyiq və emosional keyfiyyətsizlik bir-biri ilə bağlıdır

Maraqlı Materials 19 Noyabr 2011 14:42 (UTC +04:00)
Yüksək qan təzyiqinə malik insanlar üzün ifadəsinə görə qəzəbi, qorxunu, kədəri, sevinci başqalarından daha pis müəyyən edirlər.
Yüksək təzyiq və emosional keyfiyyətsizlik bir-biri ilə bağlıdır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Yüksək qan təzyiqinə malik insanlar üzün ifadəsinə görə qəzəbi, qorxunu, kədəri, sevinci başqalarından daha pis müəyyən edirlər. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti "Psychosomatic Medicine" jurnalında dərc olunmuş məqaləyə istinadən yazır.

Ceyms Makkabbin Klemson Universitetindən olan həmkarları ilə birlikdə belə bir qənaətə gəlib ki, bəzi adamlar emosiyalarını boğduqlarından onlar emosional təzahürlərə qeyri-adekvat reaksiya verirlər. Alimin sözlərinə görə, bu vəziyyət insanların arsenalında təbəssümün tam olmamasına bənzəyir.

Bu cür xüsisiyyətlər ətrafdakı insanlarla ünsiyyətdə problem yarada və işin səmərəliliyini azalda bilər. Həm də bu, riskli hallara gətirib çıxara bilər. Axı, insan ətraf mühitdəki təhlükələri düzgün qiymətləndirməyə qadir deyil.

Makkabbinin söylədiyi kimi, yüksək təzyiq və emosiyaların boğulması arasında əlaqə hipertoniyanın və ürəyin işemik xəstəliyinin inkişafına səbəb ola bilər. Onun, depressiya və biopolyar pozğunluq da daxil olmaqla, emosiyaların tənzimlənməsinin pozulması ilə də nəticələnməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti