Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Salmanov/
ABŞ-ın Kaliforniya Beynəlxalq Elmlər Akademiyasının tədqiqatçıları dəridən alınan hüceyrələrdən beyin hüceyrəsi hazırlamağı bacarıblar. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Radikal" qəzetinə istinadən məlumat verir.
Elm adamlarının qənaətinə görə, bu hüceyrələr beyinə uyğunlaşıb sinir hüceyrəsinə çevrilir və siqnalların çatdırılmasını təmin edən proteinləri istehsal edir.
Araşdırmanın ən önəmli qismi isə odur ki, yeni beyin hüceyrələri kök hüceyrəyə çevrilmədən hazırlanır. Yeni hüceyrələr beyinə asanlıqla uyğunlaşır.
Araşdırma hələlik ancaq siçanlar üzərində aparılıb. Əgər araşdırma uğurlu nəticələr verməyə davam edərsə, bu metod insanlar üzərində də tətbiq ediləcək. Alimlər yeni metoddan iflic və göz xəstəliklərinin müalicəsində istifadə edilə biləcəyini düşünürlər.