...

Meyitxanada dirilən körpə

Maraqlı Materials 11 Aprel 2012 16:55 (UTC +04:00)
Argentinada öldüyü zənn edilərək meyitxanaya qoyulan uşaq anasının sayəsində xilas olub.
Meyitxanada dirilən körpə

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Argentinada öldüyü zənn edilərək meyitxanaya qoyulan uşaq anasının sayəsində xilas olub. Bu barədə Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Aprelin 3-də ölkənin şimalındakı "Perrando de Resistencia" xəstəxanasında həkimlər 6 aylıq doğulan qız uşağının öldüyünü zənn edərək onu meyitxanaya yerləşdiriblər.

Uşağın anası Analia Bouter körpəsini son dəfə görmək istədiyini dedikdə, tibb işçiləri əlacsız qalıb onu meyitxanaya buraxırlar. Bu zaman ana uşağın inildədiyini eşidir və həkimlərə xəbər verir.

Uşaq meyitxanada 12 saat keçirir. Xəstəxana işçiəri uşağın səhhətinin getdikcə yaxşılaşdığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti