...

Sarımsaq qida zəhərlənməsi riskini azaldır

Maraqlı Materials 3 May 2012 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may / Trend, müxbir X.Murtuzayeva/

Sarımsağın tərkibindəki birləşmə "campylobacter" adlanan və zəhərlənmə əmələ gətirən geniş yayılmış bakteriyalarla antibiotiklərin iki tipindən 100 dəfə daha səmərəli mübarizə aparır. Alimlərin fikrincə, bu kəşf qida zəhərlənmələrinin müalicəsində yeni qapı aça bilər. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

"Campylobacter" bakteriyasına quş ətinin həm üzərində, həm də özündə rast gəlmək olar. Vaşinqton Dövlət Universitetinin əməkdaşları müəyyən ediblər ki, sarımsaqdan ayrılan dialil sulfid adlı maddə bakteriyaların koloniyalarını xarici mühitdən qoruyan qoruyucu nazik pərdənin arasından keçməyə qadirdir.

Laboratoriya mühitində dialil sulfid özünü eritromisin və tsiprofloksasindən 100 dəfə yaxşı göstərib. Bu çox heyranedici nəticədir. Çünkü bu, ətrafızmızdakı bakteriyaların və qidaların səbəb olduqları zəhərlənmələrin qarşısını almaq potensialını göstərir.

Qeyd edək ki, "campylobacter" ABŞ-da və dünyada nisbətən geniş yayılmış xəstəliyə səbəb olan bakteriyadır. İnfeksiyanın simptomları bir qayda olaraq özünü ürəkbulanma, qusma, qarında ağrılar və hərarətin yüksəlməsi şəklində büruzə verir.

Xəbər lenti

Xəbər lenti