...

Elvisin rəsmi 37 milyon dollara satılıb

Maraqlı Materials 11 May 2012 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

Müasir dövrün məşhur rəssamı Endi Uorxollun "rok-in roll" kralı Elvis Preslinin kovboy obrazında təsvir etdiyi "İkili Elvis" rəsmi "Sotheby's" Hərrac Evində 37 milyon dollara (65 milyon türk lirəsinə yaxın) satılıb. Bu barədə Trend Türkiyə KİV-inə istinadən məlumat verir.

"İkili Elvis" tablosu 1995-ci ildən bəri satışa ilk dəfədir çıxarılır. Qeyd edək ki, Uorxoll Elvis Presliyə ümumillikdə 22 şəkil həsr edib. Bunlardan 9-u müxtəlif muzeylərdə nümayiş etdirilir.

Elə eyni hərrac evində müasir Amerika sənətçisi Roy Liçtensteynin "Yatan qız" adlı rəsmi rekord qiymətə, yəni 44,9 milyon dollara satılıb.

Xəbər lenti

Xəbər lenti