...

Ər 550 pişik saxlayan arvadından boşanıb

Maraqlı Materials 29 May 2012 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/Trend/

İsrailin Beyr-Şeba ravvin məhkəməsində gülünc boşanma prosesi başa çatıb. Trend-in Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, ərin müraciəti ilə baş tutan boşanma prosesinin başlıca səbəbi heyvanları həddindən artıq sevən arvadı ilə yaşadığı dözülməz həyat olub.

Ərin sözlərinə görə, arvadının saxladığı 550 pişik, demək olar, bütün evi doldurub. O hətta döşəməyə düşmək istəməyən onlarla pişiyə görə yataq otağındakı çarpayısında belə yata bilmirmiş.

Ər, həmçinin pişiklərin ona vanna otağına keçməsinə mane olduğundan, onlara görə yemək hazırlayıb yeyə bilmədiyindən də şikayətlənir. Masa arxasına əyləşən kimi isə pişiklər qaçıb gələrək onun yeməyini oğurlayırmışlar.

Ər-arvad ravvin məhkəməsindən barışıq imzalamaq haqqında təklif alaraq boşanmadan qaçmaq istəsələr də, aralarındakı fikir ayrılığını aradan qaldırmağa nail ola bilməyiblər. Belə ki, arvad sevimli pişiklərindən ayrılmaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti