...

Qrenlandiya buzlaqları dörd gün ərzində əriyib

Maraqlı Materials 25 İyul 2012 13:13 (UTC +04:00)
Qrenlandiyanın buzlaq səthi dörd gün ərzində 97 faiz əriyib. NASA-da çalışan alimlər Qrenlandiyanın peyk vasitəsilə əldə olunan görüntülərindən heyrətə gəliblər.
Qrenlandiya buzlaqları dörd gün ərzində əriyib

Azərbaycan, Bakı, 25 iyul / Trend, müxbir X.Murtuzayeva /

Qrenlandiyanın buzlaq səthi dörd gün ərzində 97 faiz əriyib. NASA-da çalışan alimlər Qrenlandiyanın peyk vasitəsilə əldə olunan görüntülərindən heyrətə gəliblər. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbəbr verir.

Alimlər iyulun 8-i və 12-si arasında adanın buzlaq səthinin 97 faizinin əridiyini göstərən qeydlərin əvvəlcə səhv olduğunu düşünüblər. Lakin bunun səhv olmadığını görüncə onlar ciddi şəkildə narahat olublar. Üç peykin eyni vaxtda qeydə aldığı görüntülər barədə "Qardian" qəzetinə danışan NASA-nın Goddard Kosmos Səfərləri Mərkəzinin buzlaq mütəxəssisi Jey Zvelli vəziyyəti "bənzəri olmayan" ifadəsi ilə şərh edib.

NASA tərəfindən nümayiş olunan görüntülər buzlaqların səthində normal halda 40 faiz civarında olan ərimənin 97 faizə çatdığını göstərir.

Xəbər lenti

Xəbər lenti