...

Qaribaldinin məzarı açılacaq

Maraqlı Materials 28 İyul 2012 12:00 (UTC +04:00)
XIX əsrdə İtaliyanın birləşməsi uğrunda mübarizədə önəmli rol oynayan Cüzeppe Qaribaldinin cəsədi məzardan çıxarılaraq DNT testi aparılacaq.
Qaribaldinin məzarı açılacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir M.Salmanov/

XIX əsrdə İtaliyanın birləşməsi uğrunda mübarizədə önəmli rol oynayan Cüzeppe Qaribaldinin cəsədi məzardan çıxarılaraq DNT testi aparılacaq. Bu barədə Trend şənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Buna səbəb onun cəsədinin həqiqətən məzarda olub-olmadığına dair şübhələrin mövcudluğudur.

Məzarı sentyabrda açılacaq Qaribaldi öldüyü zaman bədəninin yandırılmasını tələb etmişdi. Lakin onun son arzusu yerinə yetirilməyərək bədəni mumiyalanmışdı.

Qaribaldinin nəvəsi Anita Qaribaldi bildirib ki, əgər onun mumiyası məzardadırsa, mühafizə edilməlidir, əgər yoxdursa, artıq turistlərə yalan danışmaq olmaz.

Qeyd edək ki, Qaribaldinin məzarı Sardiniya adasındadır.

Xəbər lenti

Xəbər lenti