...

Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb

Maraqlı Materials 3 Sentyabr 2012 17:21 (UTC +04:00)
Türkiyənin Kocaeli Jandarma Komandanlığının keçən il 22 dəniz ulduzunun qalıqlarının ələ keçirilməsi ilə bağlı əməliyyatından sonra ikinci əməliyyat bu il İstanbulda reallaşıb.
Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Türkiyənin Kocaeli Jandarma Komandanlığının keçən il 22 dəniz ulduzunun qalıqlarının ələ keçirilməsi ilə bağlı əməliyyatından sonra ikinci əməliyyat bu il İstanbulda reallaşıb. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

İstanbulun Maliyyə Fırıldaqçılığı ilə Mübarizə Şöbəsinə telefonla müraciət edən bir şəxs tarixi əsərlərin qaçaqmalçılığı barədə məlumat verib.

"Bu gün" qəzetinin məlumatına görə, xəbərdarlıqdan sonra polis əməliyyata keçib və bir şəxsi izləməyə başlayıb.

Evindən çıxarkən nəzarətə alınan həmin şəxsin əlindəki çantada bir qədim qazan və yaşının 60 milyon il olduğu güman edilən 8 dəniz ulduzunun qalıqları aşkar edilib.

Həmin şəxs nəzarətə götürülərək İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb​​.

İstintaq zamanı qalıqların Türkiyəyə haradan gətirildiyini müəyyən etmək mümkün olmayıb. İstintaqın qənaətinə görə, gen mühəndisliyi araşdırmalarına yol açan bu qalıqların xaricdə satışa çıxarılmasına cəhd edilib. Şübhəli şəxsdən ifadə alınaraq sərbəst buraxılıb.

Əməliyyat zamanı aşkar olunan qazan və 8 dəniz ulduzunun qalığı isə İstanbul Arxeologiya Muzeyinə təhvil verilib. Onların mütəxəssislər tərəfindən araşdırılmağa başlandığı bildirilir​​.

Xəbər lenti

Xəbər lenti