...

Brokkoli xərçəng əleyhinə alternativ terapiyanın qiymətli mənbəyidir

Maraqlı Materials 14 Dekabr 2012 20:04 (UTC +04:00)
Brokkoli kimi xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərdə aşkar edilmiş birləşmə uşaqlarda xərçəng xəstəliyinin inkişafının qarşısını ala bilər.
Brokkoli xərçəng əleyhinə alternativ terapiyanın qiymətli mənbəyidir

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Brokkoli kimi xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərdə aşkar edilmiş birləşmə uşaqlarda xərçəng xəstəliyinin inkişafının qarşısını ala bilər. O, sulforafan adlanır və bərk şişlərə qarşı mübarizə aparır. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Artıq alimlər belə bir qənaətə gəliblər ki, tərəvəzlərin bu qrupu onkoloji xəstəliklərin müəyyən tiplərinin yaranma riskini azaldır. Bu dəfə ABŞ-ın Hyuston şəhərindəki Baylor Tibb Kollecinin əməkdaşları müəyyən ediblər ki, sulforafan limfa düyünlərinin leykozunu müalicə edir. Alimlər xərçəngin bu növünün daha çox uşaqlar arasında yayıldığını bildirirlər. 80 faiz halda xərçəng müalicəyə tabe olur. Qalan 20 faiz üçün isə sulforafan kimi alternativ terapiya keçərlidir.

Alimlər bu birləşməni tərəvəzlərdən alaraq onları pasiyentlərdən götürülmüş xərçəng hüceyrlərinə yeridirlər. Nəticədə birləşmə xərçəng hüceyrələrini məhv etsə də, sağlam hüceyrələrə heç bir zərər verməyib. Gəmiricilərlə aparılan sınaq da birləşmənin xərçəng əleyhinə xüsusiyyətlərini təsdiqləyib. Belə ki, birləşmənin xərçəngin müəyyən proteinlərinə təsir etdiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti