...

Yumurtalar gənc oğlanı öldürdü

Maraqlı Materials 27 Dekabr 2012 10:30 (UTC +04:00)
Tunisdə gənc oğlan mərc gəldiyi üçün 30 çiy yumurta yeməyə cəhd göstərdikdən sonra ölüb.
Yumurtalar gənc oğlanı öldürdü

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Tunisdə gənc oğlan mərc gəldiyi üçün 30 çiy yumurta yeməyə cəhd göstərdikdən sonra ölüb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i yerli "Şəms FM" radiosuna istinadən xəbər verir.

İnsident dünən ölkənin şimal-şərq hissəsindəki Əl-Baten qəsəbəsində baş verib. Dau Fatnassi dostları ilə pulla mərc gələrək 30 çiy yumurtanı yeməyə cəhd edib. 28-ci yumurtanı yedikdən sonra gənc mədəsində kəskin ağrılar hiss edib. Dərhal həkimlərin çağırılmasına baxmayaraq, 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Fatnassi xəstəxanaya aparılarkən yolda keçinib. Onun hansı məbləğdə pul üçün mərc gəldiyi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti