...

Çiçəklər beyni xilas edir

Maraqlı Materials 29 Yanvar 2013 10:56 (UTC +04:00)
Çin alimləri sübut ediblər ki, çiçəklər təkcə estetik zövq predmeti deyil, onlar həm də insan beyninin müalicəsində əvəzsiz rol oynayır.
Çiçəklər beyni xilas edir

Azərbaycan, Bakı, 29 yanvar / Trend, müxbir X.Murtuzayeva/

Çin alimləri sübut ediblər ki, çiçəklər təkcə estetik zövq predmeti deyil, onlar həm də insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərin sözlərinə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdirlər. Bu barədə Trend "EvroSMİ" saytına istinadən xəbər verir.

Məsələn, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağıl kəmliyinə, eləcə də beyin qan dövranının xroniki pozğunluqlarına qarşı mübarizə aparır. Belə ki, bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Qeyd edək ki, məhz asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır. Lakin Alzheimer xəstəliyi zamanı onun səviyyəsi kəskin düşür.

Qalantamin nərgizin tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu, çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir. Eyni zamanda, Sidneydən olan alimlər müəyyən ediblər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir və yenə də Alzheimer xəstələrində beyinin işinə müsbət təsir edir.

Krokusa gəldikdə, alimlər tərkibindəki kolxisin sayəsində xərçəng və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğuna əmindirlər. Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, eləcə də ağrı və aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, həm də beyin hüceyrələrini qocalmadan qoruyur.

Yeri gəlmişkən, bu günlərdə Novorossiyskdən olan alimlər çox mühüm kəşfə imza atıblar. Onlar beyini xəstə orqanların regenerasiyası üçün lazım olan gövdə hüceyrələrini istehsal etməyə stimullaşdıran preparat hazırlayıblar. Belə dərmanın dünyada analoqu yoxdur və unikaldır. Hazırda preparatın ilyarım davam edəcək kliniki sınaqlarına hazırlıq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti