...

8 yaşlı oğlan 61 yaşlı qadınla evləndi

Maraqlı Materials 11 Mart 2013 15:27 (UTC +04:00)
Cənubi Afrika Respublikasında (CAR) 8 yaşlı oğlan 61 yaşlı qadınla evlənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "The Daily Mail" xəbər yayıb.
8 yaşlı oğlan 61 yaşlı qadınla evləndi

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Cənubi Afrika Respublikasında (CAR) 8 yaşlı oğlan 61 yaşlı qadınla evlənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "The Daily Mail" xəbər yayıb.

Nəşrin verdiyi məlumata görə, 8 yaşlı oğlanın mərhum babası onun yuxusuna girərək bu qadınla evlənməsini tapşırıb.

Oğlanın ailəsi onun bu istəyini ciddi qarşılayaraq, 2 ay ərzində 2 min dollar məbləğində toy mərasimi təşkil edib. Gənc oğlan və 61 yaşlı 5 uşaq anası olan qadının toy mərasimi 100 nəfərin iştirakı ilə Tsvanedə baş tutub. Mərasim zamanı "cavanlar" sədaqət andı içib, hətta öpüşüblər.

Dəbdəbəli toya baxmayaraq, yeni cütlüklər nikahlarını qeydiyyatdan keçirməyiblər, hətta onlar birlikdə də yaşamayacaqlar. Oğlanın ailəsi iddia edir ki, bu, sadəcə mərasimdir və bu zaman hüquqi təsdiqə ehtiyac yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti