...

"Habbl" Neptunun yeni peykini aşkar edib

Maraqlı Materials 16 İyul 2013 06:49 (UTC +04:00)
"Habbl" orbital teleskopu Neptun planetinin ətrafında dövran edən yeni peyk aşkar edib.
"Habbl" Neptunun yeni peykini aşkar edib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

"Habbl" orbital teleskopu Neptun planetinin ətrafında dövran edən yeni peyk aşkar edib, Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NASA-nın rəsmi saytı bildirib.

NASA mütəxəssislərinin məlumatına görə, S/ 2004 N 1 peykinin diametri təxminən 19 kilometr təşkil edir, beləliklə bu Neptunun ən kiçik peykidir.

Peykin xırda ölçülərinə görə, astronomlar uzun müddət onu aşkar edə bilməyiblər, hətta 1989-cu ildə Neptunun yaxınlığından keçən Voyadjer-2 kosmik aparatı onu planetin sistemində tapa bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti