Azərbaycan, Bakı, 23 iyul /Trend/
İsveçrənin Sürix Unversitetinin araşdırmaçıları yeni dövrələrin insan beynilə böyüklüyünə, sürət və enerji istifadəsinə görə, bənzər olduğunu bildirib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hazırlanan nöromorfik çiplər insan beyni kimi gerçək zamanlı bilgiləri istifadə edə bilir.
Məlumatda deyilir ki, araşdırmaçı Giacomo İndiveri çipin hafizə, qəraralma və qərarvermə testlərindən müvəffəqiyyətlə keçdiyini bildirib.
Qeyd edək ki, bu cür çiplərdən özü hərəkət edən robotlarda, daha güclü işləyən kompüterlərdə istifadə olunacaq.