...

Avropalı polislər avtomobilləri məsafədən saxlaya biləcəklər

Maraqlı Materials 30 Yanvar 2014 17:25 (UTC +04:00)
Avropa İttifaqında polisə istənilən avtomobili məsafədən saxlamağa imkan verəcək xüsusi qurğunun yaradılması üzrə işlərə başlanılıb.
Avropalı polislər avtomobilləri məsafədən saxlaya biləcəklər

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Avropa İttifaqındapolisə istənilən avtomobili məsafədən saxlamağa imkan verəcək xüsusi qurğunun yaradılması üzrə işlərə başlanılıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, aparat benzinin ötürülməsinin qarşısını alacaq və maşının işə düşməsini dayandıracaq.

Məlumata əsasən, qurğunun yaradılmasının 2020-ci ilədək başa çatacağı gözlənilir.

Avropa ölkələri aparatları bilərəkdən bütün yeni avtomobillərdə quraşdırmağı planlaşdırır.

Yeni nəzarət sistemi hüquq mühafizə orqanlarının yoldakı avtoxuliqanlarla, polisə atəş açmaq istəyən cinayətkarlarla mübarizədə işini xeyli asanlaşdıracaq.

Bəzi ekspertlərin qənaətincə, avtomobillərə yerləşdirilən belə qurğular texniki nasazlıq səbəbindən işini dayandırsa, bu, yoldakı digər avtomobillər üçün təhlükə törədə bilər.

Qeyd edək ki, hazırda Avropadakı böyük yük avtomobillərində xüsusi aparatlar quraşdırılır. Həmin qurğu yük maşınının sürətini saatda 90 kilometrdən artıq yığmağa imkan vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti