...

Qısqanc nişanlı Barak Obamadan sevgilisinə toxunmamağı xahiş edib

Maraqlı Materials 22 Oktyabr 2014 12:40 (UTC +04:00)
Çikaqodan olan qısqanc nişanlı Prezident Barak Obamadan "onun qızına toxunmamağı" xahiş edib. Trend xəbər verir ki, bu barədə RİA Novosti agentliyi CNN telekanalına istinadən məlumat yayıb.
Qısqanc nişanlı Barak Obamadan sevgilisinə toxunmamağı xahiş edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Çikaqodan olan qısqanc nişanlı Prezident Barak Obamadan "onun qızına toxunmamağı" xahiş edib. Trend xəbər verir ki, bu barədə RİA Novosti agentliyi CNN telekanalına istinadən məlumat yayıb.

Çikaqoda qubernator seçkilərində səsvermə zamanı Ayya Kuper adlı xanımla yanaşı dayanan Barak Obamaya onun nişanlısı Mayk Cons yaxınlaşıb və deyib: "Cənab Prezident, xahiş edirəm, mənim qızıma toxunmayasız".

Barak Obama zarafatla bunun planlarına daxil olmadığını, ancaq vəziyyətdən istifadə etməyə qərar verdiyini bildirərək qızın yanağından öpüb. Bu zaman Obama deyib ki, nişanlısı "indi onu dəqiq qısqanacaq".

CNN-ə müsahibəsində Ayya baş verənlərdən şoka düşdüyünü və çox əsəbləşdiyini bildirib: "Mən Maykın gülməli nəsə deyəcəyini bilirdim, amma məhz nə deyəcəyini bilmirdim".

Daha sonra o, nişanlısına görə Prezidentdən üzr istəyib.

Qeyd edək ki, Obama bazar günü və bazar ertəsi İllinoys ştatının qubernatoru Pet Kuinni dəstəkləməkdən ötrü seçkiqabağı mitinqdə çıxış etmək üçün Çikaqoda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti