...

Burun damcılarından istifadə ciddi xəstəliklərə səbəb ola bilər

Maraqlı Materials 28 Yanvar 2015 15:24 (UTC +04:00)
Zökəmə qarşı tez-tez burun damcılarından istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Burun damcılarından istifadə ciddi xəstəliklərə səbəb ola bilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Zökəmə qarşı tez-tez burun damcılarından istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Trend "MEDdaily" saytına istinadən xəbər verir ki, bunu Moskvada fəaliyyət göstərən "MEDSİ" - Burun, boğaz və göz xəstəlikləri klinikasının rəhbəri, tibb elmləri namizədi Eduard Maslov deyib.

Onun sözlərinə görə, tez-tez burun üçün damardaraldıcı damcılardan (naftizin, qalazolin, nazol və bir çoxları) burun vasitəsilə tənəffüsün müvəqqəti yaxşılaşması üçün istifadə olunur: "Əksəriyyət bu damcılardan kəskin zökəm zamanı burunyanı boşluqların ventilyasiyasının asanlaşmasına görə yararlanır. Lakin bu preparatların uzunmüddətli tətbiqi onlardan asılılığın və ya medikomentoz rinitin yaranmasına gətirib çıxarır".

E.Maslov qeyd edib ki, damardaraldıcı damcılar vasitəsilə zökəmdən "xilas" aldadıcıdır: "Çünki bir müddət keçdikdən sonra preparatın təsiri keçir, burunun selikli qişası isə daha da böyüyür. Bu dərmanlardan daha çox istifadə etdikdə isə damarlar ümumiyyətlə tonusu müstəqil olaraq düzgün dəstəkləmək qabiliyyətini itirir və dərmanın yeni dozasını almayana qədər genişlənmiş şəkildə qalırlar".

Həkimin sözlərinə görə, burun damcılarından asılılıq xroniki rinitin, burun boşluğunun selikli qişasının atrofiyasının formalaşmasına, ürək-damar sisteminə (xüsusilə, ürək ritminin pozulmalarına) mənfi təsirə səbəb ola bilər. Bütün bunların baş verməməsi üçün isə belə damcıları yalnız qısa müddət ərzində - 5-7 gün tətbiq etmək olar.

Klinika rəhbərinin məsləhətinə görə, burun damcılarından istifadədən imtina və burun, boğaz və göz həkiminə müraciət bu problemin həllində məcburi şərtdir: "Amma əgər xəstədə artıq burun damcılarından güclü asılılıq yaranıbsa, onda təkcə medikomentoz və fizioterapiya metodları kifayət etməyəcək və cərrahi müalicə lazım olacaq"!.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti