...

Şahzadə Çarlz və Diana toylarını təxirə salmaq istəmişdilər

Maraqlı Materials 3 Fevral 2015 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"1981-ci ildə Uels şahzadəsi Çarlz və Diana Spenser münasibətlərinin qeyri-mükəmməl olduğunu anlayaraq qarşıdakı toyu təxirə salmaq istəyiblər". Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu fikirlər Ketrin Mayerin müəllifi olduğu "Çarlz: Kralın ürəyi" adlı yeni bioqrafiyada yer alıb.

"İndependent" qəzeti şahzadənin bioqrafiyasına istinadən yazır ki, gələcək ər-arvad toydan müxtəlif səbəblərə görə imtina etmək istəyiblər. Kitabda Çarlzın yaxınlarından birinə istinadən deyilir ki, 1981-ci ildə toy ərəfəsində şahzadə "həyəcanlı olub".

Dostunun sözlərinə görə, Uels şahzadəsi deyib: "Mən işi sona çatdıra bilməyəcəyəm... Mən bunu edə bilmirəm".

Kitabda Çarlzın dostunun dediklərindən sitat gətirilir: "Mən daim ona deyirdim ki, əgər bu katolik toyu olsaydı, onu etibarsız tanıyardılar... Dianada əsəb tutmaları başladı və bütün bunların hamısı toya qədər baş verirdi".

Öz növbəsində, ledi Di mərasimi ləğv etmək niyyətində idi. Kitabda deyilir ki, o, toydan qabaq Çarlzın Kamilla Parker-Boulza hədiyyə etmək istədiyi üzərində "GF" inisialının olduğu qolbaq tapmışdı. Sonralar Diana şəxsi bioqrafına öz həyəcanlı anlarını bacıları ilə bölüşdüyünü danışmışdı.

Diana deyirdi: "Mən ona ərə gedə bilmərəm, bunu edə bilmərəm, bu, qətiyyən mümkün deyil".

Qəzetin yazdığına görə, bacıları onu fikrindən daşındırıb. Eyni zamanda, K.Mayer iddia edir ki, Diana Çarlzı da kilsəyə getməyə "razı salmaq lazım gəldiyini" bilmirdi.

Diana 1981-ci ildə Britaniya taxt-tacının vəliəhdi Uels şahzadəsi Çarlza ərə getdi. Onların iki oğlu - Uilyam (1982-ci il) və Harri (1984-cü il) dünyaya gəlir. 1996-cı ildə onlar ayrılırlar. 1997-ci il avqustun 31-nə keçən gecə Diana öz dostu Dodi əl-Fayedlə birlikdə Parisdə avtomobil qəzasına düşərək həlak olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti