...

Pişiklər niyə gizlənirlər?

Maraqlı Materials 9 Fevral 2015 17:18 (UTC +04:00)
Niderland alimləri pişiklərin qutularda və digər qapalı məkanlarda gizlənməsinin səbəblərini müəyyənləşdiriblər.
Pişiklər niyə gizlənirlər?

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

Niderland alimləri pişiklərin qutularda və digər qapalı məkanlarda gizlənməsinin səbəblərini müəyyənləşdiriblər. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, pişiklər qutularda gizlənməklə stresslə mübarizə aparmağa çalışırlar.

Alimlər bu qənaətə 19 pişiyin davranışını təhlil etikdən sonra gəliblər. Araşdırma çərçivəsində onlar iki qrupa ayrılıb. İkinci qrupdan fərqli olaraq, birinci qrupun qutularda gizlənmək imkanı olub.

Eksperimentin üçüncü günündə müəyyən edilib ki, ikinci qrupun pişikləri yeni kollektivə adaptasiya olmaqda çətinlik çəkirlər. Araşdırma iki həftə davam edib.

Bundan başqa, pişiklər qutuları həm də ona görə sevirlər ki, orada heyvanlar bədəni lazımi temperaturda saxlamaq üçün daha az enerji sərf edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti