Azərbaycan, Bakı, 10 may /Trend/
Braziliyada "Canismo" adlı maraqlı kampaniya keçirilib.
Trend xarici mətbuata istinadən xəbər verir ki, kampaniyada məqsəd yaradıcılıq azadlığı vermək və incəsənətdə itlərin bacarığından istifadə etməkdir.
Belə ki, itlər təmiz lövhələrin qarşısına gətirilir və onların üzərinə müxtəlif rəngli boyalar tökülür. Bu zaman itlər bədənlərini silkələyərək üzərilərinə tökülən boyaları lövhələrə səpirlər və beləliklə, ortaya maraqlı görüntülər çıxır.