...

Topiari – güllərdən fiqurlar yaratma sənəti (FOTO)

Maraqlı Materials 5 İyun 2015 02:11 (UTC +04:00)
Topiari gül-çiçəklə fiqurların yaradılması sənətidir.
Topiari – güllərdən fiqurlar yaratma sənəti (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Topiari gül-çiçəklə fiqurların yaradılması sənətidir.

Trend xəbər verir ki, topiari torpağın töküldüyü dəmir karkasın və plastmas elementlərin köməyi ilə yaradılır. Sonra ora müxtəlif növ bitkilər əkilir. Onlara mütəmadi qulluq etmək lazımdır.

Topiari sənətinin yaranma tarixi qədimlərə, hətta Qədim Roma dövrünə gedib çıxır. Lakin ovaxtkı topiari ilə indiki arasındakı fərq odur ki, o zaman fiqurları sadəcə bitkiləri budamaqla yaradırdılar. Lakin sonradan bağbanlar metal karkaslardan, müasir dövrdə isə əlavə vasitələrdən istifadə etməklə bu texnikanı təkmilləşdirdilər.

Hazırda topiari ilə məşğul olmaq üçün ən yaxşı iqlimin Britaniya və Avstraliyada olduğu bildirilir. Bu yerlər özünün nə çox isti, nə də çox soyuq olmaması unikallığına görə fərqlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti