...

Lotereya hesabına varlanan pensiyaçının özünə ilk hədiyyəsi başmaq oldu

Maraqlı Materials 27 İyun 2015 02:14 (UTC +04:00)
Lotereyada 4,3 milyon funt-sterlinq (6,7 milyon dollar) udan britaniyalı pensiyaçı özünə ilk növbədə çoxdan arzuladığı yeni başmaqlar alıb.
Lotereya hesabına varlanan pensiyaçının özünə ilk hədiyyəsi başmaq oldu

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Lotereyada 4,3 milyon funt-sterlinq (6,7 milyon dollar) udan britaniyalı pensiyaçı özünə ilk növbədə çoxdan arzuladığı yeni başmaqlar alıb.

Trend xarici mətbuata istinadən bildirir ki, 69 yaşlı keçmiş dərzi Ceyn Lyuis "UK Lotto" lotereyasında udandan sonra özünə ev başmağı alıb: "Mən çoxdan onlara göz qoyurdum və pul yığırdım".

C.Lyuis əlavə edib ki, bundan sonra o, özünə yeni ev alacaq. Qadın bildirib ki, son 11 il ərzində bir mətbəx və yataq otağından ibarət kiçik ev kirayələyib. O, ümidlə deyib ki, yeni mənzilində qidaların hazırlanmasına olan sevgisini reallaşdıra biləcək.

Ceynin fikrincə, onun yeni evi yaxınlarlarına gecələməyə də imkan verəcək.

Pensiyaçı, həmçinin vəfat etmiş oğlu üçün başdaşıya pul xərcləməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti