Azərbaycan, Bakı, 8 avqust /Trend/
ABŞ-ın Kaliforniya ştatında yaşayan evsiz adam ölkə turnesinə çıxıb. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, o, çıxdığı səyahətə özü ilə birlikdə küçədən topladığı 10 sahibsiz iti də götürüb.
Stiv adlı şəxs itlərin hamısını əl arabasına qoyub və onu velosipedi ilə çəkərək səyahət edib.
O, Kalifornaiyada başladığı turnesini İndiana ştatında başa vurub. 2001-ci ildən etibarən evsiz olan Stiv 14 il əvvəl 50 iti birdən gəzdiribmiş.