Azərbaycan, Bakı, 29 avqust /Trend/
Cənubi Koreyalı dizayner Çan Vu-Sok (Jang Wooseok) qəhvə üçün yeni qapaqlar düzəldib. Qapaqların qabarıqlığı insan dodağı və burnu formasındadır. Trend bu barədə "The Daily Mail"-ə istinadən məlumat verir.
Qəhvə və öpüşü sevdiyinə görə Ç.Vu-Sok onları birləşdirmək qərarına gəlib. Beləliklə, qəhvənin hər qurtumu improvizə edilmiş öpüşlə müşayiət olunacaq.
Qeyd olunur ki, tənha qəhvəsevərlər yeniliyi çox gözləməli olmayacaqlar. Qapaqların istehsalına yaxın zamanlarda başlanılacaq.