...

İnsan başının transplantasiyası üzrə ilk əməliyyat nə vaxt olacaq?

Maraqlı Materials 11 Sentyabr 2015 23:34 (UTC +04:00)
Başın transplantasiyası üzrə əməliyyat 2017-ci ilin dekabrına planlaşdırılıb.
İnsan başının transplantasiyası üzrə ilk əməliyyat nə vaxt olacaq?

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Başın transplantasiyası üzrə əməliyyat 2017-ci ilin dekabrına planlaşdırılıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, rusiyalı proqramçı Valeri Spiridonov əməliyyatla bağlı razılığını daha əvvəl italiyalı neyrocərrah Serxio Kanaveroya vermişdi.

Bu ilin fevralında neyrocərrah insan başının transplantasiyası üzrə planlarını açıqlamışdı. V.Spiridonov onun pasiyenti olmaq istəyini bildirmişdi.

Əməliyyatın 36 saat davam edəcəyi gözlənilir. Pasiyentin bədəni sərinləşdiriləcək ki, dəri dağılmağa başlamasın. Əməliyyatın qiyməti 11 milyon dolları ötəcək. Rusiyada həmin əməliyyat qadağan olduğundan ABŞ-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti