...

1 kivi 1 kq portağala bərabərdir

Maraqlı Materials 10 Dekabr 2015 22:43 (UTC +04:00)
Yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılayan 1 ədəd kivi 1 kiloqram portağala bərabərdir.
1 kivi 1 kq portağala bərabərdir

Bakı. Trend:

Yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılayan 1 ədəd kivi 1 kiloqram portağala bərabərdir. Trend-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Ordu Universitetinin professoru Turan Karadeniz bu qənaətə gəlib.

Kivinin vitaminlə zəngin olduğunu deyən professor qeyd edib ki, 50-60 qramlıq kivi yetkin insanın gündəlik C vitaminini qarşılayır.

T.Karadeniz əlavə edib ki, insan orqanizmi hər gün C vitamininə ehtiyac duyur: "Orqanizmin özü bu vitamini istehsal edə bilmir. Buna görə də C vitamini kənardan alınmalıdır. C vitamini ilə zəngin olan kivi qrip və soyuqdəyməyə qarşı faydalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti