Bakı. Elçin Hüseynov - Trend:
Dünyanın ən böyük univermaqlar şəbəkəsinin sahibi - ABŞ-ın "Walmart" şirkəti "Apple" və "Samsung" smartfonlarının sonuncu modellərinə endirim kampaniyasına start verib.
Trend TASS-a istinadən xəbər verir ki, endirim kampaniyası martın 31-də satışa çıxarılan yeni "iPhone SE" modellərinə də şamil olunur.
Bu gündən etibarən "Apple" şirkətinin smartfonları, o cümlədən "iPhone 6s" və "iPhone 6s Plus" 100 dollar ucuz satılacaq. "Samsung" modelləri, o cümlədən Galaxy 6 və 7 modelləri 150 dollar ucuz satılır.
Endirim aksiyası iyuna kimi davam edəcək. Güzəştlər isə AT&T, "Verizon" və "Sprint" mobil operatorlarının müştərilərinə şamil olunur.