...

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

Maraqlı Materials 21 Avqust 2017 20:44 (UTC +04:00)
Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək.
Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

Bakı. Trend:

Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək.

Trend-in məlumatına görə, NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

Bununla əlaqədar NASA öz saytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.

Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti