...

Braziliyada atı həbs etdilər (VİDEO)

Maraqlı Materials 16 Noyabr 2017 08:48 (UTC +04:00)
Braziliyanın Serjipi ştatında atı avtomobilə xəsarət yetirdiyinə görə "həbs ediblər".
Braziliyada atı həbs etdilər (VİDEO)

Bakı. Trend:

Braziliyanın Serjipi ştatında atı avtomobilə xəsarət yetirdiyinə görə "həbs ediblər".

Trend-in "Globo" portalına istinadən verdiyi məlumata əsasən, atın sahibi Frasişku duş Santuş küçədə atla gezərkən bir neçə insan ona yaxınlaşıb atla gəzmək istəyiblər. Atın sahibi narazı olmasa da, at qorxub avtomobilin üzərinə qaçıb və nəticədə ona xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib və atı bölməyə aparıblar.

Qeyd olunur ki, atı növbəti gün sahibi vurulmuş ziyana görə məsuliyyəti üzərinə götürdükdən sonra azadlıqa buraxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti