...

Burada əlini uzatsan, sanki buludlara dəyər... – HARADIR? (FOTO)

Maraqlı Materials 31 Mart 2019 20:27 (UTC +04:00)
Kuba planetin ən böyük 13-cü adasıdır.
Burada əlini uzatsan, sanki buludlara dəyər... – HARADIR? (FOTO)

Kuba. Trend:

Baham və Kayman kimi nağıl təbiətinə malik adalarla qonşu olan Kubada 11 milyondan çox insan yaşayır. Paytaxtı Havana olan Kuba planetin ən böyük 13-cü adasıdır. Qeyri-rəsmi adı 1959-cu ildən "Azadlıq Adası" olan Kuba Karib dənizinin şimal sahillərində yerləşir. Sahilləri Atlantik okeanının nəhəng dalğaları ilə yuyulan bu torpağın əsrarəngiz təbiətinə vurulmamaq mümkün deyil. Möcüzəli və təkrarsız isə buranın səmasıdır. Kubada ağ topa buludlar o qədər yerə yaxındır, əlini uzatsan, sanki dəyər.

Trend-in məlumatına görə, Kubanın Havana, Santyaqo de-Kuba, Las-Tunas, Santa-Klara, Trinidad, Varadero kimi böyük şəhərlərini isə açıq hava altında muzey də adlandırmaq olar. Belə ki, başqa yerlərdə tarixi özündə yaşadan retro-avtomobil kolleksiyaları muzeylərdə, xüsusi sərgilərdə nümayiş olunursa, Kubada bu avtomobillərdə gəzmək adi yaşam tərzidir. Bir sözlə, bura heyran qalmamaq olmur...

Trend Kubadan unudulmaz fotoreportaj təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti